Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-06,
Seanews
Heyder Eliyev

Dənizçi şair Hüseyn Sözlünün Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeiri

Ulu öndər

Tarixlərə doldu, Tarixdə qaldı,
Qəlbi sözlə dolu, ulu öndərim.
Millət darda ikən, gözləri doldu,
Qəlbi közlə dolu, Ulu Öndərim.

Onun çöhrəsində, bir sabah danı,
Nuruna bələdi, eli, obanı,
Tanıtdı dünyaya Azərbaycanmı,
Öz xalqına bağlı, Ulu Öndərim.

Ulu Öndər kimi, gəzdi hər yanı,
Çevirdi tarıxə O, bu dastanı,
Sıxıb ürəyinə Azərbaycanı,
Yaşadı, yaşayır, Ulu Öndərim.

Xalqa arxalandı, kükrədi, daşdı,
Şöhrəti zirvələr, ölkələr aşdı,
Əsgər libasında, səngər dolaşdı,
Yaşadı, yaşayır Ulu Öndərim.

Vətən sevgisiylə, vətən həvəsdə,
Günəştək parladı, göyləri üstdə,
Qoyub torpağını gözləri üstdə
Yaşadı, yaşayır, Ulu Öndərim.

Adı əbədidir, əməli böyük,
Yaşadı, yaşayır, Ulu öndərim.
Xoşbaxt gələcəyi sabahda gördü,
Yaşadı, yaşayır, Ulu Öndərim,
Yaşadı, yaşayır, Ulu Öndərim!

HÜSEYN SÖZLÜ (Məmmədov)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır