“TMBC Logistics” “RO-RO” xidmətini bərpa edir
“TMBC Logistics” şirkətlər qrupu Türkiyənin Yarımca və Derincə limanları ilə Rusiyanın Novorossiysk (NLE) limanları arasında “RO-RO” xidmətini bərpa edir.
“Seanews.az”ın məlumatına görə, limanlara xidmət həftəlik nəzərdə tutulur. Xəttə 2760 xətti metr tutumlu “Konro” tipli “Saffet Bey” fider gəmisi cəlb olunacaq.
Oktyabrın 1-də Yarımcaya çatacaq gəmi oktyabrın 3-də limanı tərk edəcək. Novorossiyskə oktyabrın 4-5-də gələcəyi gözlənilir.
“Yaxın vaxtlarda konteynerlərin, qablaşdırılmış və digər ümumi yüklərin (45 tona qədər) daşınması üçün 40 futluq qoşquların verilməsi planlaşdırılır”, - deyə şirkətdən bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


