Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-06,
Seanews
Heyder Eliyev

Yeni bərə əhəmiyyətli toqquşmalardan yayınma sistemi ilə təchiz ediləcək

“Artemis Technologies” (Belfast, Şimali İrlandiya) mühəndislik və konstruktor bürosu sualtı qanadları olacaq sürətli tam elektrik sərnişin katamaranının yeni layihəsini təqdim edib.

“EF-24” layihəli sərnişin bərəsinin istismar sürəti 25, maksimum sürəti 38 düyündür.

Uzunluğu 24 metr olan katamaran adi dizellə işləyən yüksəksürətli bərələrlə müqayisədə 85% az yanacaq sərf edəcək.

“EF-24” layihəli gəmi patentləşdirilmiş “Artemis eFoiler” elektrik hərəkət sistemi və  sürətli bərələr üçün çox əhəmiyyətli toqquşmalardan yayınma sistemi ilə təchiz ediləcək.

2024-cü ildə hazır olacaq bərənin Belfast və Banqor (Şimali İrlandiya) arasındakı marşrutda istismar edilməsi  nəzərdə tutulur.

Bərə 150 ​​sərnişini qəbul edə biləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır