Koatsakoalkos limanında tikiləcək LNG zavodu qazı dəniz yolu ilə Avropaya nəql edəcək
Meksika Avropanın tələbatını ödəmək üçün Meksika körfəzində 4-5 milyard dollar dəyərində LNG ixrac mərkəzi tikməyi planlaşdırır.
Bunu “Reuters” Meksika prezidenti Andrés Manuel López Obradora istinadən xəbər verir.
Verakruz ştatının şərqindəki Koatsakoalkos limanında tikiləcək LNG zavodu qazı dəniz yolu ilə Avropaya nəql edəcək.
“Biz özəl sektorun cəlb edilməsinə kömək edəcəyik, bu zavoda sərmayələr 4-5 milyard dollar təşkil edəcək”, - prezident bildirib.
Qeyd edək ki, Meksika ən böyük neft ixrac edən ölkədir, o, kommersiya əsasında LNG ixrac etmir. Bununla belə, Meksika dövlət enerji komissiyası “Federal de Electricidad” (CFE) və Kanadanın enerji şirkəti “TC Energy” Tuxpan və Koatsakoalkos limanlarını birləşdirəcək 5 milyard dollarlıq qaz kəmərinin tikintisinə dair razılığa gəliblər.
Meksikanın dövlət neft şirkəti “Pemex” Amerikanın “New Fortress Energy” şirkəti ilə birlikdə 1,5 milyard dollarlıq təbii qaz layihəsini də bərpa etməyi planlaşdırır.
“Seanews.az”


