Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-11-27,
Seanews
Heyder Eliyev

Klaypeda və İmmingem limanları arasında yeni konteyner marşrutu işə salınıb

“Unifeeder” gəmiçilik şirkəti Böyük Britaniyanın “Unifeeder” (ABP) liman operatoru ilə birlikdə Litvanın Klaypeda limanından İmmingem limanına (Linkolnşir, Böyük Britaniya) yeni həftəlik konteyner xidməti istifadəyə verib.

“Seanews.az”ın məlumatına görə,  yeni xətdə gəmilər hər həftə - cümə günü Klaypeda limanından, bazar ertəsi isə İmmingem limanından çıxacaq. Sentyabrın 15-də “Elbspring” konteyner gəmisi ilk səfəri üçün İmmingem Konteyner Terminalına (İKT) gəlib. Yeni xidmət dolu dəniz yolu ilə daha çox yük daşımağa imkan verəcək ki, bu da istixana qazı emissiyalarını azaldacaq.

Getdikcə daha çox müəssisə Böyük Britaniya, Avropa və qlobal bazarlara çıxış imkanlarından istifadə etməyi seçdiyi üçün konteyner daşınması son beş ildə 40%-dən çox artıb.

“Unifeeder” Şimali Avropanın ən böyük fider operatorudur və 1985-ci ildən Belçika, İngiltərə, Almaniya, Niderland, Baltikyanı ölkələr və Rusiya limanları arasında konteyner yüklərinin daşınması ilə məşğuldur. “Unifeeder” donanması tutumu 500-TEU-dan 1500 TEU-dək olan 26 gəmidən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır