Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-11-27,
Seanews
Heyder Eliyev

“CMA CGM Group” 506 gəmidən ibarət donanması ilə hazırda dünyanın üçüncü ən böyük konteyner daşıyıcısıdır

Nəhəng gəmiçilik qrupu “CMA CGM” bioqaz yanacağı ilə işləyən yeddi yeni konteyner gəmisi sifariş verəcək. “CMA CGM Group”-un sədri və baş icraçı direktoru Rodolf Saade bu barədə Martinika və Qvadelupaya səfəri zamanı bildirib.

“Seanews.az”ın məlumatına görə,  gəmilərin dördü 7,3 min TEU, üçü isə 7,9 min TEU tutumlu olacaq. Yeni konteyner gəmiləri Vest-Hindistan, Fransa və Avropa arasındakı marşrutlarda işləyən kiçik gəmiləri əvəz edəcək. Onlar 2024-cü ildən tədricən marşruta çıxarılacaq.

“CMA CGM” qrupu Qvadelupa və Martinikdəki dəniz limanlarının böyük gəmiləri qəbul edə bilməsi üçün onları modernləşdirməyə, yükaşırma imkanlarını və yanalma körpülərinin uzunluğunu artırmağa kömək edəcək. Karib dənizinin və Cənubi Amerikanın Fort-de-Frans və Pointe-a-Pitre yükaşırma mərkəzləri Qayana, Sent-Marten, Sent-Bartelemi və Braziliyanın şimal-şərqinə daşımaların başlanğıc nöqtəsi olacaq.

“CMA CGM” şirkət Qvadelupa və Martinikaya ixtisaslaşdırılmış gəmiçilik xətlərini idarə etməklə yanaşı, yerli iqtisadiyyatın stimullaşdırılmasına yönəlmiş tədbirlərdə iştirak edir.

“CMA CGM Group” 506 gəmidən ibarət donanması ilə hazırda dünyanın üçüncü ən böyük konteyner daşıyıcısıdır. Gəmiləri 200 okean xətti üzrə 420-dən çox limana səfərlər edir. Qrupun təkcə Marseldəki baş qərargahında 2,4 min nəfər çalışır. Ümumilikdə isə, dünya üzrə “CMA CGM”-nın  işçilərinin sayı 110 min nəfərdir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır