Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Şəhid İsa Kəlbiyev Cəlilabadda dəfn edilib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Atlet-2” gəmisinin kranmeysteri Rahib Kəlbiyevin qardaşı İsa Kəlbiyev Ermənistan silahlı qüvvələrinin törətdiyi son təxribatların qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalıb.

Doğulduğu Cəlilabad rayonunun Göytəpə kəndində vida mərasimi keçirildikdən sonra şəhid İsa Kəlbiyev kənd qəbirstanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

ASCO rəhbərliyi və kollektivi İsa Kəlbiyevin şəhid olmasından kədərləndiklərini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır