Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-08,
Seanews
Heyder Eliyev

Metanolla işləyən konteyner gəmiləri sifariş edib

Fransanın konteyner daşıyıcısı və logistika operatoru “CMA CGM” ilk dəfə olaraq metanolla da işləyəcək iki yanacaqlı konteyner gəmilərinin tikintisini sifariş edib.

“Seanews.az” xəbər verir ki, “Offshore Energy”nin məlumatına görə, konteyner daşıyıcısı hər birinin tutumu 15 000 TEU olacaq altı gəmi tikdirmək niyyətindədir. Konteyner gəmilərinin harada inşa ediləcəyi ilə bağlı məlumat hələ ki, açıqlanmayıb. Gəmilərin istismara verilməsi 2025-ci ilə planlaşdırılır. Bundan əlavə, “CMA CGM” şirkəti mayeləşdirilmiş təbii qaz (LNG) ilə işləyə bilən on ikili yanacaqlı konteyner gəmisinin tikintisini sifariş edib. “Offshore Energy” yazır: "Bundan əvvəl “CMA CGM” LNG ilə işləyən gəmilər sifariş etdi, lakin daşıyıcı indi enerji mənbələrini diversifikasiya edir, bu baxımdan artıq metanolla işləyən gəmilər sifariş etmiş “Maersk”-ə qoşulur". 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır