Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-02,
Seanews
Heyder Eliyev

“Zim”də ilk qadın kapitan

“Seanews.az” xəbər verir ki, Şani Ben-Davi “Zim”-in kapitanı təyin edilib. O, İsrail dəniz ticarət donanmasında ən yüksək vəzifəyə çatan ilk qadın olub.

Təntənəli təyinat mərasimi aprelin 10-da xəttin Hayfadakı baş qərargahında “Zim” şirkətinin prezidenti və baş icraçı direktoru Edie Qlikmanın iştirakı ilə keçirilib.

Şani Ben-Davi Dəniz Kollecini, sonra isə Akkodakı Dənizçilik İnstitutunu bitirib, həmçinin Hayfa Universitetində bakalavr dərəcəsi alıb.

O, İsrail Hərbi Dəniz Qüvvələrində xidmət edib, 2009-cu ildə “Zim” şirkətinə gəlib, 2012-ci ildə kapitanın üçüncü köməkçi təyin edilib və 2019-cu ildə kapitanın baş köməkçi vəzifəsinə yüksəlib.

2021-ci ildə kapitan diplomunu alan xanım dənizçi müəyyən edilmiş müddət keçdikdən sonra kapitanlığa tövsiyə olunub.

Şani Ben-Davi 2007-ci ildə inşa olunan 4,2 min TEU tutumlu “Zim Shekou” konteyner gəmisinə kapitanlıq edəcək. Kapitan kimi fəaliyyətinə may ayında başlayacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır