Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-17,
Seanews
Heyder Eliyev

Layihəni Amerikanın “ABS” təsnifat cəmiyyəti də bəyənib

Köhnə LNG tankerlərinin gövdələri və xarakterik sferik çənləri təbii qazın - FLNG-nin hasilatı, mayeləşdirilməsi, saxlanması və boşaldılması üçün üzən platformaların tikintisində istifadə olunacaq.

“Seanews.az” xəbər verir ki,  FLNG-nin tikintisinə yeni konseptual yanaşma yapon mütəxəssisləri təklif edib. Eyni zamanda, operator və yük sahibinin qarşılıqlı əlaqəsi yaxşı nəticə verib.

“Kawasaki Kisen Kaisha” (K-Line) gəmiçilik şirkəti və “JGC Holdings” enerji konserni köhnə LNG tankerlərinin gövdələri əsasında platformaların tikintisində maksimum səmərəliliyi və tam təhlükəsizliyi təmin etmək üçün xüsusu texnologiyalar hazırlayıblar. Layihə artıq Amerikanın ABS təsnifat cəmiyyətindən ilkin razılıq alıb.

Mütəxəssislər haqlı olaraq qeyd edirlər ki, uzun müddət temperaturu -162 dərəcə Selsiyə qədər saxlamağa qadir olan gövdələr və xüsusilə çənlər FLNG-nin dəyərinin əsas hissəsini təşkil edir və onların istehsalı qiymətli materiallar və bütün gəmiqayırma müəssisələrində mövcud olmayan texnologiyaların istifadəsini tələb edir.

Bu tip platformalara tələbat daim artır, çünki onların geniş tətbiqi istehlakçıya birbaşa istehsal sahəsindən “mavi yanacaq” verilməsinin logistikasını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır.
“JGC Holdings” ekspertlərinin fikrincə, hazırda dünyada tikilməkdə və sifarişçiyə ötürülmənin müxtəlif mərhələlərində olan yeddi belə platforma var. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır