Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-02,
Seanews
Heyder Eliyev

“Al Seer Marine” ilk böyük tutumlu qaz daşıyıcısının tikintisinə başlayır

“Seanews.az” xəbər verir ki, Əbu-Dabidə yerləşən “Al Seer Marine” şirkəti ilk böyük tutumlu LPG tankerinin tikintisinə başlayıb.

“Lucky Gas” adlanan gəmi 2023-cü ilin mart ayınadək inşa ediləcək. Bu ilin may ayında isə “Al Seer Marine” şirkəti 2023-cü ilin iyun ayınadək başa çatdırılmalı olan daha bir böyük tutumlu qaz

daşıyıcısının tikintisinə başlamağı planlaşdırır. Hər tanker 86 min kubmetrə qədər mayeləşdirilmiş neft qazı daşıya biləcək. “Al Seer Marine” öz donanmasını 20 gəmiyə qədər artırmaq niyyətindədir və bir neçə quru yük gəmisi, neft və mayeləşdirilmiş qazın daşınması üçün tankerlər əldə etməyi nəzərdən keçirir. “Al Seer Marine”, Abu Dabidə yerləşən “International Holding Company” qlobal investisiya holdinqinin törəmə şirkətidir. “Al Seer Marine” keçən il xüsusilə iki yeni böyük tutumlu qaz daşıyıcısının tikintisi üçün Dubayın “BGN International” şirkəti ilə birgə müəssisə yaradıb və daha sonra Cənubi Koreyanın “Hyundai Heavy Industries Group” korporasiyası ilə müqavilə imzalayıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır