Azərbaycanda 5 mart iş, 7 mart istirahət günü olacaq
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərar imzalayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır