Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

Mavi İqtisadiyyat və Okean İdarəçiliyinə dair  Yol Xəritəsi  qəbul  olunub 

Hindistan və Fransa okeanların və onların ehtiyatlarının istifadəsində tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş “mavi iqtisadiyyat” yol xəritəsini qəbul ediblər.

“Seanews.az”  xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəhbəri Subramaniam Djayşankarla fransalı həmkarı Jan-İv Le Drian arasında Parisdə bu günlərdə keçirilən görüşdə razılığa gəlinib.

Tərəflər institusional, iqtisadi, infrastruktur və elmi əməkdaşlıq vasitəsilə iki ölkənin tərəfdaşlığını gücləndirməyi hədəfləyən “Mavi İqtisadiyyat və Okean İdarəçiliyi Yol Xəritəsini” qəbul ediblər.

Hindistan və Fransa ətraf mühiti, sahilboyu və dəniz biomüxtəlifliyini qorumaqla "mavi iqtisadiyyat"ı öz cəmiyyətlərinin tərəqqisinin aparıcı qüvvəsinə çevirmək niyyətindədirlər. Hər iki ölkə okeanşünaslığa və okeanın mühafizəsinə töhfə vermək və okeanın ictimai mülkiyyət, qanunun aliliyinə əsaslanan azadlıq və ticarət məkanı olaraq qalmasını təmin etmək öhdəliyinə sadiqdir. İki ölkə, həmçinin dəniz ticarəti, limanlar, balıqçılıq, elmi tədqiqatlar, okeanlara nəzarət və digər sahələrdə əməkdaşlığı əhatə edəcək hind-fransız “mavi iqtisadiyyat” tərəfdaşlığına nail olmağı planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır