Poladdan hazırlanmış ən böyük yaxta Şimal dənizində ciddi dəniz sınaqlarından keçib
“Seanews.az” xəbər verir ki, super yaxtaların fərdi layihə tikintisi üzrə ixtisaslaşmış Hollandiyanın “Neesen Yachts” şirkəti daha bir şah əsərini təqdim edib.
60,4 metrlik “Lusine” gəmisi adı açıqlanmayan sifarişçiyə təhvil verilib. Bu, “Neesen” tərsanəsində indiyədək inşa edilmiş polad gövdəli ən böyük yaxtasıdır.
Sifarişçiyə təhvil verilmək üçün yola düşməzdən əvvəl superyaxta Şimal dənizində ciddi sınaqlardan keçib. Şirkətin gəmiqayırma zavodunda artıq yeni rekordçu - 80 metrlik alüminium “Galactica”
superyaxtası inşa edilir. “Lusine”-yə gəlincə, onu “Project Falcon” layihəsi adı ilə tikməyə başladılar. 2018-ci ilin fevral ayında “Project Falcon” satıldı. Həmin vaxt yaxta 1060 GT ümumi tutumu ilə tərsanə rekorduna sahib idi.
Qeyd edək ki, “Neesen Yachts” alüminium yaxtaların istehsalı üzrə dünya liderlərindən biri hesab olunur.