Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

“CULines” - ən sürətlə böyüyən konteyner xətti

“Seanews.az” xəbər verir ki, Çinin konteyner daşıyıcısı “China United Lines” (“CULines”) hər birinin tutumu 2,7 min TEU olan iki yeni konteyner gəmisinin tikintisini sifariş verib.

Gəmilər “Çinin CSSC Huangpu Wenchong Shipbuilding” gəmiqayırma zavodunda inşa ediləcək. Hər bir konteynerdaşıyanın uzunluğu 188,8 metr, eni 32,2 metr olacaq. Gəmilərin istismara verilməsi 2023-cü ilin ikinci rübünə planlaşdırılır. “Bu, adıçəkilən zavodda “CULines” üçün tikilən ikinci konteyner gəmisidir. Ötən il şirkət 1,9 min TEU tutumlu dörd gəmi sifariş edib. Bu gəmilər artıq inşa olunur”, - “CULines”-in bəyanatında deyilir. – “Bundan əlavə, biz bu yaxınlarda “Huangpu Wenchong” şirkətindən 2,8 min TEU tutumlu iki işlənmiş konteynerdaşıyan da aldıq. Bu gəmilər cari ilin may-avqust aylarında fəaliyyətə başlayacaq”.  “CU Lines” əvvəllər yalnız Asiyadaxili daşımalarda ixtisaslaşmışdı. 2020-ci ildə şirkət yeni Asiya-Avropa marşrutuna daxil olub. Yüksək yükdaşıma tarifləri, yükgötürmə qabiliyyətinin olmaması və artan tələbat fonunda “CU Lines” nəinki marşrut üzrə kiçik konteyner gəmilərindən istifadə etməyə, onların və xidmət üzrə səfərlərin sayını artırmağa nail olub. “CULines” 2020-ci ilin oktyabrında xətt operatorlarının reytinqində 95-ci yerdən bu il fevralın əvvəlində 22-ci yerə yüksəlib. 2021-ci ildə “CULines” coğrafi genişlənmə baxımından ən sürətlə böyüyən konteyner xətti seçilib. Cəmi altı ay ərzində şirkət bir neçə yeni bazara çıxa bilib. Maraqlıdır ki, xətt adətən daha böyük gəmilərin işlədiyi marşrutlarda kiçik konteyner gəmilərindən istifadə edir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır