Terminalın yenidən qurulması və modernləşdirilməsinə 33 milyon ABŞ dolları lazım gələcək
Seanews.az” xəbər verir ki, “CMA CGM” qrupunun törəmə şirkəti olan “CMA Terminals” 2022-ci ilin mart ayından Beyrut limanında konteyner terminalının idarə edilməsi və istismarı üçün 10 illik güzəşt əldə edib.
Terminalın yenidən qurulması və modernləşdirilməsinə 33 milyon ABŞ dolları lazım gələcək ki, bunun da 19 milyon dollarının yaxın iki il ərzində yatırılması nəzərdə tutulur.
Bu vəsait infrastrukturun inkişafı, modernləşdirilməsi, yeni avadanlıqların alınması və dəyişdirilməsinə, ehtiyat hissələrinin təmiri və saxlanması üçün yeni meydançanın tikintisinə, əməliyyatların rəqəmsallaşdırılması, ən son idarəetmə sistemlərinin tətbiqi və proses iştirakçıları arasında informasiya qarşılıqlı fəaliyyətinin optimallaşdırılmasına, eləcə də ətraf mühitin mühafizəsi tədbirlərinə istifadə olunacaq.
43 il əvvəl Livanda əsası qoyulmuş “CMA CGM” şirkəti Beyrut limanı ilə sıx bağlıdır. Bu gün xəttin gəmiləri həftədə 9 dəfə Beyruta daxil olur və konteyner terminalı vasitəsilə dövriyyənin demək olar ki, 55%-ni təmin edir. Livanda “CMA CGM”-nın 1000-ə yaxın əməkdaşı çalışır və gələn ildə daha 400 yeni iş yeri yaratmağı planlaşdırır.