Limanda dibdərinləşdirmə işləri dəniz üzgüçülüyünün təhlükəsizliyini də əhəmiyyətli dərəcədə artırmağa imkan verib
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, Hamburq limanında dibdərinləşdirmə proqramı başa çatdırılmışdır. Nəticədə, liman akvatoriyasında, limana giriş-çıxış yollarında və konteyner terminallarında, eləcə də Elba çayının aşağı axarlarında zəmanətli keçid dərinliklərini əhəmiyyətli dərəcədə artırmaq mümkün olmuşdur.
Hamburq limanına giriş yollarının dərinləşdirilməsi və genişləndirilməsi üçün görülən işlər sayəsində gəmilərin suya oturumunun yol verilən həddini (0,91 metrdən 1,82 metrədək və ya 3 futdan 6 futadək), həmçinin Şimal dənizindən Hamburq və Kukshafen limanlarına girişi zamanı naviqasiya təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırmaq mümkün olub.
Əgər əvvəl, Hamburq limanı suya oturumu maksimum 37 fut olan gəmiləri qəbul edə bilirdisə (təxminən 11,3 metr), dərinləşdirmədən sonra bu rəqəm 50,5 fut-a qədər artırıla bilər (təxminən 15,4 metrədək).
Hamburq konteyner terminalına gəlincə, hazırda suyaoturumu (13,4 metrədək) 44 fut-a qədər olan konteynerdaşıyan gəmilər yan ala bilər. Bununla yanaşı, gəmi yollarının əhəmiyyətli dərəcədə genişləndirilməsi uzunluğu 400 metr (1312 fut) və eni 62,5 metr (205 fut) olan gəmilərə də xidmət göstərməyə imkan verir.