”Japan Trans Siberian Line 2” Vladivostoku Yaponiyanın limanları ilə birləşdirəcək
“Seanews.az” xəbər verir ki, “FESCO” Vladivostok Dəniz Ticarət Limanını Yaponiyanın Toyama, Hakata, Kobe, Yokohama limanları ilə birləşdirəcək ”Japan Trans Siberian Line 2” (“JTSL 2”) adlı yeni müntəzəm dəniz konteyner xidmətinə başlayıb.
Yaxın gələcəkdə Niiqata limanına da müntəzəm gəmi səfərləri nəzərdən keçirilir. Xəttin fəaliyyəti 962 TEU tutumlu “FESCO Yanina” konteyner gəmisi tərəfindən təmin olunacaq. Səfər 14 gün çəkəcək.
Yeni xidmətin yaranması Yaponiyadan Rusiya ərazisindən tranzit daşımaların həcminin artması ilə bağlıdır. 2021-ci ilin yekunlarına görə, bu istiqamətdə yükdaşıma 2020-ci illə müqayisədə 10 dəfə artıb.
“JTSL 2” xidməti Yaponiyanın Senday, İokorama, Simidzu, Naqoya, Kobe, Toyamaşinko limanlarını, habelə Koreyanın Pusan limanını VMTP və Vostoçnıy limanı ilə birləşdirən mövcud “Japan Trans
Siberian Line” (“JTSL”) xəttini tamamlayacaq. “JTSL” xəttində iki gəmi istismar edilir. 2021-ci ildə xidmətin konteyner dövriyyəsi 25.000 TEU-dan çox olub.