Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-07,
Seanews
Heyder Eliyev

Atlantik okeanında avtomobil daşıyıyan gəmidə yanğın baş verib

“Seanews.az” xəbər verir ki, fevralın 16-da Azor adaları bölgəsində yanan “Felicity Ace” avtomobil daşıyıcısının 22 heyət üzvünün hamısı xilas edilib. Yanğın yük göyərtələrindən birində baş verib. Qəza siqnalı verərək, gəmini xilasedici salda tərk edən heyəti sonra Yunanıstanın "Resilient Warrior" tankeri götürüb.

Göyərtəsində çoxlu avtomobillər (bəzi mənbələrə görə, “Porsche” və “Volkswagen” qrupuna daxil olan digər markalı avtomobillər) olan gəmi Almaniyanın Emden şəhərindən ABŞ-ın Devisvil şəhərinə səfər edirmiş.

Xilasetmə əməliyyatında Portuqaliya Hərbi Dəniz Qüvvələrinin bir patrul gəmisi və bir helikopteri, həmçinin ərazidə olan dörd ticarət gəmisi iştirak edib.

Uzunluğu 200 metr, eni 32 metr, dedveyti 17,7 min ton olan gəminin ən yaxın sığınacağa aparılacağı bildirilir.

2004-cü ildə inşa edilən və  Panama bayrağı altında üzən "Felicity Ace" gəmisi  təyinat limanına fevralın 23-də çatmalı idi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır