“Bordo Mavı” gəmisinə kömür vurularkən on liman işçisi özünü pis hiss edib
“Seanews.az” xəbər verir ki, Saxalin vilayətinin Nevelsk limanında Türkiyənin “Bordo Mavi” quru yük gəmisinə kömür vurularkən on liman işçisi özünü pis hiss edib.
Onların hamısı fevralın 15-də xəstəxanaya yerləşdirilib və 6-sı elə həmin gün evə buraxılıb.
Xəstəxanada yatırılan dörd nəfərin vəziyyəti həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilir, həyatları üçün təhlükə yoxdur.
Gəmidə naməlum maddədən zəhərlənənlərin hamısı Rusiya vətəndaşlarıdır. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır