Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-07,
Seanews
Heyder Eliyev

Şotlandiyada iki "yaşıl" azad liman yaradılacaq

“Seanews.az” xəbər verir ki, Böyük Britaniya və Şotlandiya səlahiyyətliləri Şotlandiyada iki innovativ yaşıl texnologiyalı azad limanın tikintisi üçün tender keçirmək barədə razılığa gəliblər.


Şotlandiyanın şərq sahillərində yeddi limana sahib olan, onları və Temza azad limanının bir hissəsi olan Tilberi idarə edən “Forth Ports Group”-un rəhbərliyi layihə ilə maraqlanır.

“Forth Ports”-un icraçı direktoru Stuart Uolles deyib: "Biz Böyük Britaniya və Şotlandiya hökumətlərinin Şotlandiyada iki yaşıl azad liman yaratmaq üçün müqavilə təkliflərini nəzərdən keçirmək məqsədi

ilə tender elanını alqışlayırıq və bu prosedurda iştirak etməyi planlaşdırdığımızı təsdiqləyirik."

Onun sözlərinə görə, Fert-of-Fort körfəzində "yaşıl" azad liman Şotlandiyada iri sənaye müəssisələrinin karbonsuzlaşmasına təkan verəcək.

Böyük Britaniyada üçüncü ən böyük liman operatorları qrupu olan “Forth Ports” 1967-ci ildə yaradılıb. 2018-ci ilin oktyabrından etibarən onun əsas səhmdarı “PSP Investments” investisiya şirkətidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır