Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-07,
Seanews
Heyder Eliyev

Suya oturumu 4,5 metrədək olan gəmilər Volqa-Xəzər dəniz gəmiçiliyi kanalından rahat keçəcək

Volqa-Xəzər dəniz gəmiçiliyi kanalı yenidən qurulacaq.

“Seanews.az” xəbər verir ki, layihəqabağı işlərin cari ildə, layihələndirmənin 2023-2024-cü illərdə, tikinti işlərinin 2024-2028-ci illərdə görülməsi planlaşdırılır.

2022-ci ildə kanalda 7,1 milyon kubmetr həcmində dibdərinləşdirmə işləri görüləcək. Layihə çərçivəsində dibdərinləşdirmə işlərinin həcmi isə 15 milyon kubmetr təşkil edəcək.

Kanalın yenidən qurulması ilə bağlı bütün işlərin 2028-ci ildə başa çatdırılması nəzərdə tutulur. Bundan sonra suya oturumu 4,5 metrə qədər olan gəmilər kanaldan rahat keçə biləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır