Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-07,
Seanews
Heyder Eliyev

“HHLA”-nın əməliyyat mənfəəti təxminən iki dəfə artıb

“Hamburger Hafen und Logistik AG” (“HHLA”) 2021-ci il üçün ilkin maliyyə və əməliyyat nəticələrini dərc edib. 

“Seanews.az” xəbər verir ki, Qrupun gəliri 2020-ci ildəki 1,3 milyard avroya qarşı 12,7% artaraq 1,465 milyard avroya çatıb. Əməliyyat mənfəəti bir il əvvəlki 110 milyon avro ilə müqayisədə 213 milyon avro təşkil edib.

Liman və logistika bölməsi 2021-ci ildə 1,41 milyard avro gəlir və 190 milyon avro əməliyyat mənfəəti əldə edərək, keçən ilin oktyabr ayında dərc edilmiş proqnozu üstələyib.

Qrupun konteyner dövriyyəsi 2,5% artaraq 6 943 min TEU-ya, konteyner daşımaları isə 10% artaraq 1690 min TEU-ya çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır