Əlcəzair balıq ovu üçün ilk gəmisini inşa edəcək
Əlcəzair 2022-ci ildə tuna balığı ovu üçün ilk böyük gəmisini tikmək niyyətindədir.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, bu addım sahil xətti 1,6 min km-dən çox olan ştatda su bioloji resurslarının ovlanması sahəsində istehsal gücünün artırılmasına yönəlib.
Balıqçılıq naziri Hişem Sofiane Salavaçi, bu il ölkənin öz istehsalı olan 35 metr uzunluğunda ilk böyük gəminin Əlcəzairdə görünəcəyini bildirib. Onun sözlərinə görə, müxtəlif dövlət stimulları, o cümlədən azaldılmış əlavə dəyər vergiləri və gömrük güzəştləri dəniz balıqçılığına investisiya sifarişlərinin həcmini artıracaq. Bundan əlavə, hakimiyyət gəmilərin monitorinqi sistemini işə salmaq niyyətindədir. Bu strategiyaya böyük balıqçılıq nəqliyyatını qəbul etmək üçün limanların imkanlarının genişləndirilməsi daxildir. Mütəxəssislərin fikrincə, yeni sənaye dövlətin idxaldan əldə etdiyi gəlirlərə müsbət təsir göstərəcək, müxtəlif iş yerləri yaradacaq, ölkədə tuna balığı istehsalının inkişaf imkanlarını artıracaq. Əlcəzair hökuməti balıqçılıq sektoruna böyük diqqət yetirir. Hakimiyyət 2022-ci ildə iqtisadi yüksəlişə nail olmaq niyyətindədir.
Bundan əlavə, bu sənaye Əlcəzairin ərzaq təhlükəsizliyi göstəricilərini daha da yaxşılaşdıracaq. BMT-nin hesabatına görə, bu, artıq Afrika qitəsində ən yüksək göstəricidir.