”ZIM” yeni gəmiləri Asiya-Afrika xəttində istismar edəcək
“ZIM Integrated Shipping Services” şirkəti “Navios Maritime Partners L.P.” ilə çarter müqaviləsi bağlayıb. Şirkət 13 konteyner gəmisi - 5 istismarda olan və 8 yeni tikilən gəmi icarəyə götürəcək.
“Seanews.az” xəbər verir ki, sövdələşmənin ümumi məbləği təxminən 870 milyon dollardır.
Hazırda istismar edilən 3,5 - 4,36 min TEU tutumlu beş gəmi bu ilin birinci və ikinci rüblərində «ZIM”-ə təhvil verilməlidir.
Səkkiz yeni gəminin hər birinin tutumu 5,3 min TEU təşkil edir, onların 2023-2024-cü illərdə istismara verilməsi planlaşdırılır. ”ZIM” bu gəmilərdən Asiya-Afrika xəttində istifadə edəcək.
İşləyən gəmilər 4,5 ilədək, yeni tikilən gəmilər isə 5,3 ilədək icarəyə götürülür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır