Yeni gəmi qazı əsasən Avropaya nəql edəcək
“Seanews.az” xəbər verir ki, “Mitsui O.S.K. Lines” (“MOL”) şirkəti buzqıran sinifli mayeləşdirilmiş təbii qaz daşıyıcısı üçün müqavilə imzalayıb.
Uzunluğu 214 metr, eni 34 metr, tutumu 54,8 min kubmetr olacaq gəmi Çinin “Guangzhou Shipyard International” tərsanəsində inşa ediləcək.
LNG daşıyıcısının 2024-cü ildə sifarişçiyə verilməsi nəzərdə tutulub.
Gəmi mayeləşdirilmiş təbii qazı Qıdansk yarımadasında yerləşən terminaldan Şimal dəniz marşrutu ilə əsasən Avropaya nəql edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır