Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-08,
Seanews
Heyder Eliyev

“CMA CGM” plastik tullantıları daşımaqdan imtina edir

Fransa prezidentinin təşkil etdiyi ekoloji sammitdə “CMA CGM”-in başçısı Rodolf Saade rəhbəri olduğu şirkətin cari il iyunun 1-dən plastik tullantıları daşımayacağını bildirib.

“Seanews.az” bu barədə “korabel.ru”-ya istinadən xəbər verir. 

Şirkətdə belə düşünürlər ki, “CMA CGM”-nin plastik tullantıların daşınmasında iştirakdan imtina etmək qərarı tullantıların çeşidlənməsi və təkrar emalına zəmanət verməyən ölkələrə ixracını azaltmağa kömək edəcək.

Fransız yükdaşıyıcısının fikirincə, hər il dənizlərə təxminən 10 milyon tona yaxın plastik tullantılar atılır. Heç bir tədbir görülməsə, yaxın 20 il ərzində bu rəqəm 3 dəfə artaraq ildə 29 milyon tona çatacaq ki, bu da dəniz ekosistemlərinə, fauna və floraya bərpası mümkün olmayan ziyan vuracaq.

Dənizlərin belə geniş miqyasda çirklənməsinin səbəblərindən biri də  kütləvi şəkildə ixrac olunduğu ölkələrdə plastik tullantıların emalı üçün infrastruktur və imkanların olmamasıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır