2022-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!
Pandemiya ilə əlaqədar olaraq, 2022-ci ildə də Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul xüsusi tibbi yoxlama aparılmadan keçiriləcək.
İmtahanların nəticələrinə əsasən müvafiq seçimi etdikdən sonra tələbə adını qazanmış abituriyentlər yaşadıqları ərazi üzrə poliklinika tərəfindən verilmiş sağlamlıq haqqında arayışı Akademiyaya təqdim etməlidirlər.
Bütün abituriyentlərə uğurlar arzulayırıq !
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır