Yerqazan gəmidə baş verən yanğın üç saata söndürülüb
“Seanews.az” xəbər verir ki,Rostov-Donda yerləşən "Moryak" gəmiqayırma zavodunda yerqazan gəmidə yanğın baş verib.
Yanğın barədə “Fövqəladə Hallar Nazirliyinin Rostov vilayəti üzrə baş idarəsinə məlumat daxil olan kimi, yanğınsöndürmə və xilasetmə bölmələrinin 81 əməkdaşı 27 texnika ilə hadisə yerinə tələsib.
Gəminin anbarında 100 kvadratmetr sahəni əhatə edən yanğın üç saata söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır