“F-35” qırıcısı təyyarədaşıyan gəmiyə eniş edərkən qəzaya uğrayıb
Yanvarın 24-də ABŞ hərbi dəniz qüvvələrinə məxsus “F-35” yeni nəsil qırıcı təyyarəsi Cənubi Çin dənizində “Carl Vinson” təyyarədaşıyan gəmisinə eniş edərkən qəzaya uğrayıb.
Təyyarədən ayrılmağı bacaran pilot hərbi helikopterlə xilas edilib. Hadisə nəticəsində xəsarət alan yeddi dənizçidən üçü Filippinin paytaxtı Maniladakı hərbi hospitala yerləşdirilib.
Hadisənin baş verməsinin səbəbləri araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır