• Bakı, 2021-11-28,
Seanews
Heyder Eliyev

Xəzərdə qanunsuz nərə ovlayanlar saxlanıldı

Son günlər ərzində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri tərəfindən Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitələrinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nərə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama Bu barədə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin Birgə Məlumatında deyilir. 

Bildirilir ki, Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanılmış, onlardan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri olmaları müəyyən edilib.

Qeyd edilən hüquq pozmalara yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmaları üçün Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır