Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Səbail"in qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq.

"Report"un məlumatına görə, sonuncu oyun günündə "Qarabağ" "Səbail"in qonağı olacaq.

"ASCO Arena"dakı qarşılaşma saat 19:00-da start götürəcək. Görüşü Rauf Allahverdiyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Qonaqlar 17 xalla liderdir, meydan sahibləri 6 xalla 7-ci sıradadır. Komandalar indiyədək Premyer Liqada 16 dəfə üz-üzə gəliblər. Bunların 13-də Ağdam təmsilçisi meydanı üç xalla tərk edib. İki görüşdə heç-heçə qeydə alınıb, bir matçda isə "dənizçilər" texniki qələbəyə sevinib. Topların fərqində də "köhlən-atlar"ın aşkar üstünlüyü var - 29:3. “Qarabağ” texniki nəticə nəzərə alınmasa, hər oyunda qol vurub və rəqibinə uduzmayıb. Meydan sahibləri ağdamlılara qarşı son iki ev matçında heç-heçə oynayıb.

Azərbaycan Premyer Liqası, VIII tur

19:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”

Qeyd edək ki, VIII turun digər görüşlərində "Sabah" evdə "Sumqayıt"a 3:0, "Neftçi" "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. "Qəbələ" səfərdə "Keşlə"ni 3:2 hesabı ilə üstələyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır