Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

“Bibiheybət” GTZ-nin əməkdaşı Yaqut Süleymanova 60 illik yubileyini qeyd edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunun İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin rəisi Yaqut Süleymanova 60 illik yubileyini qeyd edir.

Yaqut Süleymanova 1961-ci il oktyabrın 20-də Bakıda anadan olub.

1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin Bədii tərtibat fakültəsini bitirib. 1982-1988-ci illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunun Memarlıq fakültəsində təhsil alıb. 

1982-ci ildə Bədii Hədiyyələr fabrikində modelçi rəssam vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1985-ci il ildə Ümumittifaq Hidrolayihə Elmi Tədqiqat və Layihə Axtarış İnstitunda, 1986-cı ildə Muzey Sərvətləri və Əntiq əşyaların Elmi Bərpa Mərkəzində, 1987-ci ildə “Bərpaçı” Elmi Bərpa İstehsalat İdarəsində işləyib. 1990-1992-ci illərdə Xüsusi Elmi Layihə Bürosunda fəaliyyət göstərib.

1992-ci ildə  Xəzər Dəniz Neft Donanmasının Gəmi Təmiri Zavodunun Əsaslı tikinti şöbəsində II dərəcəli konstruktor kimi işə qəbul olunub. Artıq 30 ildir ki, həmin zavodda çalışır. Hazırda Zavodun İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin rəisidir.

ASCO-nun kollektivi adından Yaqut Süleymanovanı 60 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulayırıq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır