Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Gəmi təmiri zavodunda Şəhidlərin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunun əməkdaşları arasında ölkəmizin ərazi bütövlüyü uğrunda Şəhid olmuş igid Azərbaycan oğullarının xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilib.

Yarışın açılış mərasimində Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra yarışa start verilib. Gərgin mübarizə şəraitində baş tutan turnirdə Zavodun Boya sexi birincilik əldə edib.   

Qalib komandaya kubok, ailə üzvləri Şəhid olmuş əməkdaşlara isə hədiyyələr verilib.   

Qaliblərin mükafatlandırılma mərasimində çıxış edənlər idmançıları təbrik edərək bildiriblər ki, 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalanlar arasında “Bibiheybət” GTZ-nin əməkdaşlarının ailə üzvləri də var. Onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, hər zaman minnətdarlıqla xatırlanacaq.

Qeyd edək ki, turnir “Bibiheybət” GTZ, ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsi, eləcə də Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.  Təşkilatçılar bu cür yarışların mütəmadi olaraq keçiriləcəyini bildiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır