• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

“Hapag-Lloyd” şirkətinin sifariş qovluğuna ümumi tutumu 280 min TEU olan 12 yeni gəmi daxildir

“Seanews.az” xəbər verir ki, dünyanın ən böyük konteyner daşıyıcılarından biri olan “Hapag-Lloyd” şirkəti donanmasını genişləndirir və modernləşdirir. Şirkətin sifariş qovluğuna ümumi tutumu 280 min TEU olan 12 yeni gəmi daxildir.

Bu barədə sentyabrın 30-da onlayn mətbuat konfransı zamanı şirkətin  prezidenti Rolf Habben Jansen məlumat verib.

O deyib:"Bütün gəmilərimizdən maksimum dərəcədə istifadə olunur. Tələbatın gözlənilən cüzi artımı, daha sərt təkrar emal və ekoloji tələblər səbəbiylə, iki yanacaqla işləyə biləcək altı super konteynerdaşıyan gəmiyə sərmayə qoyduq. Ümumilikdə, 280.000 TEU tutumlu 12 yeni böyük gəmi sifariş verdik.”

Şirkətin mütəxəssislərinin proqnozlarına görə, önümüzdəki iki il ərzində dünyada yeni gəmilərin inşası üçün sifarişlərin sayında 20% artım gözlənilir. Əlbəttə ki, sifariş edilən bütün gəmilərin çatdırılması bir az vaxt aparacaq.

“Hapag-Lloyd AG”, konteyner daşımaları üzrə ixtisaslaşmış transmilli alman nəqliyyat şirkətidir.

Şirkət iki gəmiçilik şirkətinin - əsası 1847-ci ildə qoyulan “Hamburg America Line” və 1856-cı ildə qurulan “North German Lloyd” şirkətlərinin 1970-ci ildə birləşdirilməsi yolu ilə yaradılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır