• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

“Coca-Cola” lazım olan xammalı balkerlərlə daşıyır

“Seanews.az”-ın məlumatına görə, “Coca-Cola” şirkətinin rəhbərliyi çatdırılmasında gecikmələrin qarşısını almaq üçün konteyner daşımalarından imtina edib və 60 min ton xammalın daşınmasında üç quru yük gəmisindən istifadə etmək qərarına gəlib.  

Xammalın daşınmasında konteyner gəmilərindən deyil, balkerlərdən istifadə etmək qərarı barədə, şirkətin qlobal satınalma üzrə direktoru Alan Smit sosial şəbəkələrdən birində məlumat verib.

"Dəniz daşımasındakı böhran səbəbiylə konteyneri ala bilmədiyiniz zaman, qeyri-standart düşünmək məcburiyyətindəsiniz. 2.8 min TEU həcmində olan xammal böyük hissələrlə “Aphrodite M”, “Weco Lucilia C”  və “Zhe Hai 505” quru yük gəmilərində daşınır,”-deyə yazıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır