Dənizdə karbon qazını tutmaq və saxlamaq çətin olmayacaq
“Seanews.az”-ın məlumata görə, Quandun əyalətinin Şenjen şəhərindən 200 kilometr cənub-şərqdə Çinin, dənizdə lk karbon qazını tutma və saxlama layihəsi nümayiş etdirilib.
O, ildə təxminən 300 min ton karbon qazını tutmaq üçün nəzərdə tutulmuşdur. Ümumi saxlama həcmi isə 1,46 milyon ton karbon qazı təşkil edəcək.
Çin Milli Dəniz Neft Korporasiyasının Şenjendəki şirkətinin baş mühəndisi bildirib ki, “Enpin 15-1” yatağının işlənməsi zamanı yan məhsul olan karbon qazı, 80 m dərinlikdə duzlu su təbəqəsi ilə izolyasiya ediləcəkdir.
Çin Milli Dəniz Neft Korporasiyası karbon qazının tutulması, işlənməsi, saxlanması və monitorinqi üçün tam bir texnologiya və avadanlıq dəsti hazırlamışdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır