Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-16,
Seanews
Heyder Eliyev

Freqatların raketdən müdafiə qabiliyyəti artırılacaq

“Seanews.az”-ın məlumatına görə, Almaniya Hərbi-Dəniz Qüvvələri, “Sachsen” tipli “F124” freqatlarının raketdən müdafiə qabiliyyətini artırmağı planlaşdırır. Bu məqsədlə Almaniyanın “Hensoldt”  şirkəti İsrailin “Israel Aerospace Industries” (IAI) kompaniyasının törəmə şirkəti “Elta Systems” ilə 220 milyon avroluq müqavilə bağlayıb.

Alman və İsrail şirkətlərinin qarşısında gəmiləri Almaniyanın “RLS TRS-4D” bazasında yaradılmış və “Elta” tərəfindən məsafəni artırmaq üçün modernləşdirilmiş dörd radar qurğusu ilə təchiz etmək vəzifəsi durur.

Yeni avadanlıqların 2024-2028-ci illərdə “Sachsen” tipli üç hava hücumundan müdafiə freqatında quraşdırılması planlaşdırılır. Dördüncü sistem quruda yerləşdiriləcək və ondan Almaniya Hərbi-Dəniz Qüvvələri tərəfindən dənizçilərin hazırlanması üçün istifadə ediləcək.

Yeni radarlar freqatların gəmiləri müşahidə etmək və ballistik raketlər də daxil olmaqla havadan müxtəlif təhlükələri izləmək qabiliyyətini xeyli artıracaq.

“Sachsen” tipli “F124” freqatları 2004-2006-cı illərdə Almaniya Hərbi-Dəniz Qüvvələrində xidmətə daxil olub və alman donanmasının ən böyük gəmiləridir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır