Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-16,
Seanews
Heyder Eliyev

Təcrübəli kapitan dünyasını dəyişib 

 
Caspian Marine Services B.V. şirkətinin liman kapitanı, təcrübəli dənizçi, fədakar ailə başçısı və mehriban dost Ramin Əliyev 43 yaşında vəfat edib. Şirkətin rəsmi Facebook səhifəsində dənizçinin ailəsinə və doğmalarına başsağlığı verilib.
 
"Bu gün CMS ailəsi üçün çox hüznlü bir gün oldu.
Caspian Marine Services B.V. şirkətinin liman kapitanı, təcrübəli dənizçi, fədakar ailə başçısı və mehriban dost Ramin Əliyev 43 yaşında vəfat etdi.
Ramin kapitan 2014-2019-cu illərdə "Müslüm Maqomayev" və "Rəşid Behbudov" yüksək sürətli sərnişin gəmilərində kapitan, 2019-cu ildən etibarən isə Liman kapitanı vəzifəsində calışırdı. Fəaliyyəti dövründə hamının - həm CMS-in ofis əməkdaşları və gəmi heyətlərinin, həm də müştəri şirkətlərin rəğbətini qazanmışdı.
Ramin kapitan daim yaddaşımızda gülərüz və səmimi insan, peşəkar və dəyərli həmkar kimi qalacaq.
Kapitanın ailəsinə, yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır