Vəli İsrafilov Paralimpiya rekordu qırıb qızıl medal qazandı
Azərbaycanlı üzgüçü Vəli İsrafilov ölkəmizə Tokio Yay Paralimpiya Oyunlarında 11-ci qızıl medalı qazandırıb.
19 yaşlı Vəli 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1:04.86 nəticə göstərərək Paralimpiya rekordunu qırıb.
O bu nəticə ilə qızıl medal qazanıb. Bununla da Azərbaycanın medallarının sayı 16-ya, qızıl medallarının sayı 11-ə çatıb. Ölkəmiz hazırda medal sıralamasında 10-cu sıradadır.
Oxu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır