“Hardan gəlib, hara gedirsən?”
“Seanewsaz” xəbər verir ki, Çinin Dəniz Təhlükəsizliyi İdarəsi ölkənin ərazi sularına girən xarici gəmilərdən daşıdıqları yüklər də daxil olmaqla, özləri haqqında daha ətraflı məlumat vermələrini tələb edəcək.
“South China Morning Post” qəzetinin yazdığına görə, dəniz üzgüçülüyünün təhlükəsizliyinin artırılmasına yönələn yenilik bugündən qüvvəyə minir.
Söhbət gəmilərin identifikasiyası, çağırış nişanları, yeri və göyərtədəki təhlükəli yüklərlə bağlı məlumat verməkdən gedir. Bu tələb, sualtı qayıqların, nüvə başlıqlı gəmilərin, radioaktiv, kimyəvi maddələr, neft, mayeləşdirilmiş qaz və sair təhlükəli yüklər daşıyan üzən vasitələrin heyətlərinə, habelə ölkənin dəniz üzgüçülüyünə təhlükə yarada biləcək digər gəmilərə şamil ediləcək.
Bu tələbə əhəmiyyət verilməyəcəyi təqdirdə Çin Dəniz Administrasiyası müvafiq qanun və qaydaları tətbiq edəcək.