• Bakı, 2021-09-20,
Seanews
Heyder Eliyev

Təcrübəli kapitan Əjdər İsmayılov 80 illik yubileyini qeyd edir

Veteran dənizçi, təcrübəli kapitan Əjdər İsmayılov 80 illik yubileyini qeyd edir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Sosial inkişaf və nəqliyyat şöbəsinin və Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları yubiliyara evində baş çəkib, onu doğum günü münasibətilə təbrik ediblər.

Həmkarları ona ASCO-nun sədri Rauf Vəliyev başda olmaqla, bütün dənizçilərin salamlarını və xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar.

Qocaman dənizçi öz növbəsində həmkarlarının qədirbilənliyinin ona yüksək əhval-ruhiyyə bəxş etdiyini söyləyib.

Qeyd edək ki, Əjdər İsmayılovun dənizçiliklə ilk yolu 1963-cü ildə kəsişib. Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini bitirib. Özü də hamı kimi yox… Dörd illik təhsil ocağını öz bilik və bacarığı hesabına cəmi iki ilə başa vurub.Təhsilini başa vurandan sonra təyinatla Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə gəlib. 1966-cı ilin martından başlayan iş həyatı 2013-cü ilə kimi davam edib.

İlk vəzifəsi kapitanın III köməkçisi olub. 1974-cü ildən sonra vəzifə pillələri ilə daha sürətlə irəliləyib. Kapitanın II köməkçisi, baş köməkçisi və nəhayət, kapitan vəzifəsinə yüksəlib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əksər gəmilərində və zavodlarında işləyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır