• Bakı, 2021-02-26,
Seanews
Heyder Eliyev

ASCO tullantıların ekologiyaya mənfi təsirlərinin minimuma endirilməsini diqqətdə saxlayır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan  maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.

2020-ci ilin nəticələrinə görə,  ASCO gəmilərindən 102,53 m³ plastmas, 808,97 m³  qida qalığı, 659,52 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 113,755 m³  istismar tullantısı, 5,359 m³  elektron tullantı, 77 m³ neft qalığı, 5542 m³ döşəməaltı lyal sular, 98393,8 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 159,8 m³  çən dibində formalaşmış neftli şlam, 10,119 ton yanmış qəlib qumu, 1473,15 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı),  75428,84 ton məişət çirkab suyu, 1308 ton neftli döşəməaltı-lyal su, 175,755 ton sürtgü yağı, 4968,502 m³  məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 1352,2 m³  qida qalığı, 315,2 m³ polimer əsaslı və plastmas tullantı, 126,31 m³ yağlı və neftli tullantı, 117,85 m³  müxtəlif rezin tullantı, 43 ədəd akkumulyator və halvanik element, 663 ,04 m³ istismar tullantı, 15,408 m³  elektron tullantı, 8,57 m³  tibbi tullantı aidiyyatı üzrə təhvil verilib.

Bundan başqa, qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 64,37 m³ müxtəlif  ölçülü  əşya  yığılıb  təhvil  verilib.

Ötən il ümumilikdə 1866,106 ton silinmiş qara metal, 17, 965 ton əlvan metal  isə təkrar emala göndərilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır