• Bakı, 2021-01-20,
Seanews
Heyder Eliyev

Görkəmli neftçi, akademik Xoşbəxt Yusifzadənin 91 yaşı tamam olur

Görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 91 yaşı tamam olur.

Adı az qala neftçi sözünün sinoniminə çevrilən Xoşbəxt Yusifzadə şəxsiyyəti gəmiçilər üçün də örnək olub. Daim həmkarlarımız arasında ona xüsusi hörmət və rəğbət bəslənib. Təsadüfi deyil ki, akademik “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalı ilə təltif olunub. Bundan başqa, Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama uyğun olaraq ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşası davam etdirilən yeni nəsil neftdaşıyan tankerinin “Akademik Xoşbəxt Yusifzadə” adlandırılması qərara alınıb.

Dənizçilər adından Xoşbəxt müəllimi doğum günü münasibətilə təbrik edir, ona cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır