Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-14,
Seanews
Heyder Eliyev

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti –  14 avqust 2020-ci il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsindən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa edilən “Kəlbəcər” tankerinin növbəti mərhələsinin tikintisinin aparılması üçün suya buraxılmasından, ASCO-nun ekologiyaya mənfi təsirlərin minimuma endirilməsinə xüsusi diqqət yetirməsindən, Azərbaycan Dövlət Dəniz Akademiyasını ən yüksək balla bitirən gəncin arzu və düşüncələrindən, yeni koronavirusun yayılmasının qarşısını almaq üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də həyata keçirilən qabaqlayıcı tədbirlərdən, COVID-19 pandemiyası zamanı stressin idarəedilməsi zərurətindən, Xəzərin şıltaqlığı üzündən dəniz sularının altından boylanan tarixi memarlıq abidəmizdən, sahilyanı dövlətlərin xarici siyasətində Xəzər problemindən, İran limanlarının genişlənməsinin ölkəmiz üçün əhəmiyyətindən,  Beyrut limanında baş vermiş partlayışın müxtəlif versiyalarının nəzərdən keçirilməsindən, “Xəzər” Yelkənli Qayıqlar İdman Klubu üçün yeni təchizat katerinin alınmasından, yelkənçilərimizin uzun fasilədən sonra yenidən dənizə çıxmasından, dənizlərin dalğa və külək veb-atlasının yaradılmasından,  misirlilərin gəmi düzəltməyi finikiyalılardan daha öncə öyrəndiklərindən,  dünya sularında baş verən hadisələrdən, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır