ASCO-nun gəmiləri mütəmadi dezinfeksiya edilir
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Akademik Topçubaşov”, “Akademik Həsən Əliyev”, “Bərdə”, “Bəstəkar Qara Qarayev”, “Atlet-2”, “Zəfər”, “PS-158”, “Ağdərə-4”, “PSK-38”, “MPK-455”, “Ağdərə-7” gəmilərində aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır