ASCO-da dezinfeksiya işləri davam edir
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Ağdam”, “Qəhrəman Hacıyev”, “Dədə Qorqud”, “Bərdə”, “Ulluçay”, “Sabit Orucov”, “Hövsan-5”, “Alı Mustafayev”, “MPK-455”, “Süleyman Vəzirov”, “721 saylı üzən emalatxana”, “Neftqaz-62”, “Vixr-5”, “Məcik-1”, “Üfüq”, “Turan” gəmilərində aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.