Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

ASCO-da dezinfeskiya işləri davam edir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri ASCO-nun “Cabbar Həşimov”, “Qafur Məmmədov”, “Mahmud Rəhimov”, “Qaradağ”, “Qarabağ”, “Naxçıvan”, “Nəsimi”, “Akademik Topçubaşov”, “Professor Gül”, “Bəstəkar Qara Qarayev”, “Gültəkin Əsgərova”, “Vaqif Cəfərov”, “BMK-4211”, “Alı Mustafayev”, “PS-173”, “Om”, “Neftqaz-64”, “Üfüq” gəmilərində aparılıb. Bundan başqa, həm Xəzər Dəniz Neft Donanması, həm də Dəniz Nəqliyyat Donanmasının yeməkxanasında profilaktik dezinfeksiya işləri yerinə yetirilib.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır