Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

“Akademik Həsən Əliyev” gəmi-bərəsinin kapitanının baş köməkçisi vəfat edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) itki baş verib.

ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına aid “Akademik Həsən Əliyev” gəmi-bərəsinin kapitanının baş köməkçisi Tofiq İsmayılov vəfat edib.

Tofiq İsmayılov 26 iyun 1969-cu ildə anadan olub. Azərbaycan Dövlət Dəniz Akademiyasında Dəniz texnikası və gəmiçilik/gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 1990-cı ildə matros kimi başlayan bacarıqlı dənizçi qısa müddətdə kapitanın 3-cü, kapitanın 2-ci köməkçisi kimi vəzifələrə yüksəlib. O, 2014-cü ildən kapitanın böyük köməkçisi vəzifəsində çalışıb. ASCO-nun “Bərdə”, "Fikrət Əmirov”, “Merkuri-1”, “Qarabağ”,  "Akademik Zərifə Əliyeva", "Akademik Topçubaşov", “Ağdam”, “Cəfər Cabbarlı”, “Azərbaycan” kimi gəmilərində fəaliyyət göstərib.

30 illik dənizçilik təcrübəsinə malik Tofiq İsmayılov daim  öz məsuliyyəti və fədakarlığı ilə seçilib. Səmimiyyəti və mehribanlığı ilə ətrafındakıların və dənizçi yoldaşlarının rəğbətini qazanmağı bacarıb.  Elə buna görə də onun əziz xatirəsi daim yaşayacaq və hər zaman ehtiramla yad olunacaq.

Allah rəhmət eləsin!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır