"Açıq sularda ilkin tibbi yardımın göstərilməsi" kitabının bütün gəmilərdə yayımı təşkil edilib
"COVID 19" -la mübarizə çərçivəsində "Açıq sularda ilkin tibbi yardımın göstərilməsi" kitabının bütün gəmilərdə yayımı təşkil edilib.
"Açıq sularda ilkin tibbi yardımın göstərilməsi" kitabı vasitəsi ilə dənizçilərimiz Ümumdünya Səhiyyə Təşkilatınınn və Beynəlxalq Dəniz Təşkilatının son tövsiyyələrinə uyğun olaraq marifləndirilir. Belə ki, bu günlərdə ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsi və Keyfiyyət, Sağlamlıq, Əməyin təhlükəsizliyi və Ətraf mühitin mühafizəsi departamentinin təşəbbüsü ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üçüncü nəşri əsasında “Açıq sularda ilkin tibbi yardımın göstərilməsi” kitabı işıq üzü görüb.
Kitabın tərcüməsi və tərtibi “Dənizçilər Poliklinikası” MMC-nin həkimi Adıgözəl Məmmədova məxsusdur. Nəşrin redaktoru Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin böyük elmi redaktoru Süleyman Əlisa, texniki redaktoru ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Asif Quliyevdir.
Kitabda xüsusən respirator pandemiyalar zamanı izolyasiyalı karantin qaydaları haqqında da geniş məlumat verilir. Burda əsasən RNT tərkibli qrip virusu olan koronoviruslar üzərində dayanılıb.
Məlumat verilir ki, koronaviruslar (latınca – Coronaviridae) genomu birzəncirli RNT-dən ibarət viruslar ailəsi olub 40 növə malikdir. Koronavirus zoonotoic (heyvandan keçən) virus olub məməlilərdə və quşlarda xəstəlik törədir və insanlara da heyvanlardan keçdiyi məlumdur. Bu gün təhlükə mənbəyinə çevrilən koronavirusun "COVİD-19" ştamının pandemiya törədəcək xassəyə malik olması onun rekombinasiya (reassortiment) etməsinə, yəni onun gen mübadiləsinə girərək yeni xassə əldə etməsi ilə bağlıdır. Yeni xassə ondan ibarətdir ki, koronaviruslar digər viruslar kimi hüceyrə membranına istənilən yerdən deyil, transmembran reseptorları aldadaraq, hüceyrənin həyat fəaliyyəti üçün vacib proteinləri imitasiya edərək daxil olur, hüceyrəni aldadır. Ona görə də immun sistem onu tanımır, onunla mübarizə aparmır. Yüksək kontagiozluq və inkubasiya dövrünün uzun olması yayılmanın əsas səbəblərindəndir, lakin virus xarici mühitdə davamsızdır. Virusun kapsidində S-zülallardan ibarət tacın olması onun açıq sahədə yaşam şansını aşağı endirir. Çünki sərbəst oksigen və digər oksidləşdiricilər S-zülalları denaturasiya edərək virusu zədələyir.
Kitabda gəmilərdə karantin qaydalarına ciddi əməl etməklə tövsiyə edilir:
1. Əllərin, ağız və burun boşluqlarının gigiyenasına xüsusi diqqət edin. Əlləri tez-tez, isti su altında, sabunla yaxşı yuyun (xüsusilə qida qəbulundan öncə və sonra). Bu virusun dərinin yağ qatı ilə birgə dəridən mexaniki yolla silinib getməsinə gətirib çıxarır. Dezinfeksiyaedici məhlullardan yalnız 80%-dən yuxarı etanol (etil spirti) əsaslı olan məhlullardan istifadə edin. Əllərin spirt tərkibli antiseptiklərlə işlənməsi 30 saniyədən (80-85%-li etil spirti əsaslı gellər, məhlullar) 2 dəqiqəyə qədər (70%-li etil spirti, 1%-li xlorheksidin məhlulu) virusu zədələyir və sıradan çıxarır.
2. Boğazı isti su ilə tez-tez 1%-li xlorqeksidin məhlulu ilə qarqara edin. Boğazı qıcıqlanan şəxslər bunu daha çox etsinlər.
3. Xəstə adamlar asqıranda və öskürəndə əmələ gələn hava-damcı 1 metr radiusdan böyük məsafəyə yayılmaq imkanına malik deyildir. Yalnız maska-respirator 95 və FFP (Filtering Face Piece) tipli maskalardan FFR-3 istifadə edin. Nəzərə alın ki, virus gözün selik qişasından da insana keçə bilər.
4. İdmanla məşğul olun. Bu yolla, immun sistem güclənir.
5. Karantin şərtlərinin imkan verdiyi qədər kayutların havasını dəyişin.
6. Kaliorili qidalanın. Proteinli qidalar və meyvə-tərəvəz (isti su altında yaxşı yumaq şərtilə) istifadə edin.
7. Gəmilərdə karantin üçün izolyasiya kayutaları təşkil edilməli və bu kayutu hər gün 30 dəqiqə kvars lampalı ultrabənövşəyi şüalarla dezinfeksiya etmək tövsiyə edilir.
8.Qida qablarının dezinfeksiyası xlor tərkibli və ya 80 dərəcəli spirtli məhlulla və ya bir dəfəlik qablardan istifadə edilməli.
9. Gəmi heyyətinin pandemiya bölgələrində liman sahillərinə çıxılmasını yalnız istisna hal kimi icazə vermək və bu halda virusdan qorunmaq üçün bütün qabaqlayıcı tədbirlər həyata keçirilməli.
10. Hipotetik olaraq əgər hər bir halda qripə yoluxmuş ekipaj üzvü varsa onu izolyasiyalı karantin kayutuna salmaq, onunla digər ekipaj üzvülərinin kontaktını sıfıra endirmək, limana gələnə qədər xəstənin dərman və qidalanmasına nəzarət etmək üçün yalnız xüsusi olaraq geyimlər geyərək karantin kayutuna daxil olaraq təmin etmək, karantin kayutundan çıxdıqdan sonra xlor tərkibli məhlullarla xüsusi geyimləri dezinfeksiya etmək lazımdır.Limana gəldikdə isə qaynar xətlə tibbi evakuasiya briqadasın dəvət edərək koronovirusla bağlı xüsusi təlimata uyğun xəstə təxliyə olunmalıdır.Xəstənin təxliyəsindən sonra karantin izolyasiyası kayutundakı əşyaları sanitar-epidemioloqlar tərəfindən utelizasiya olunmalı və bütün gəmi xlor məhluları ilə dezinfeksiya edilməsi barədə məlumat verilir.
Eyni zamanda da “Açıq sularda ilkin tibbi yardımın göstərilməsi” kitabına gəmidə ilk tibbi yardımın göstərilməsinin ümumi prinsipləri, huşu özündə olmayan zərərçəkənlər, həyati əhəmiyyətli funksiyaların bərpası: süni nəfəs və ürəyin dolayı masaji, güclü qanaxma, şok, yanıqlar, sınıqlar, çıxıqlar, başın zədələri, partlayışlardan yaranmış zədələnmələr, daxili qanaxma, asfiksiya, sıxılma, neyl-robertson xərəyi, ixtisaslaşmış tibbi yardım göstərilənədək dişlərdəki və ağız boşluğundakı ağrının və rahatsızlığın azaldılması üçün bir neçə tədbirlər, oksigen terapiyası, zəhərlənmə də daxil olmaqla, kimyəvi maddələrlə bağlı təhlükələr kimi müxtəlif bölmələr əlavə edilib.